• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Dövlət başçısı bizə qayğı ilə yanaşdı" - Eldar Sabiroğlu

22.01.2016 20:15
"Oğlum Rüfətin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasında Prezident İlham Əliyevin xidmətləri çoxdur”.

Trend-in verdiyi məlumata görə, bunu bu gün ev dustaqlığına buraxılmış Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun atası, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu deyib.

O, qeyd edib: "Dövlət başçısı bizə qayğı ilə yanaşdı. Məhkəmə də doğru qərar çıxardı. Mən həm Prezident İlham Əliyevə, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin media nümayəndələrinə təşəkkür edirəm ki, bizi tək buraxmadılar".

E.Sabiroğlu bir ata kimi çox sevindiyini, bununla belə, oğlunun atdığı addımla heç vaxt razılaşmadığını deyib.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
 
 


 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Siyasət 04:12
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
Siyasət 03:11
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Siyasət 21:28
"ABŞ Konqresinin mandatı Azərbaycana silah satmağımıza imkan vermir"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol