• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Rusiyada Türkiyə ərzaqlarını İran malları əvəz edəcək

Rusiyada Türkiyə ərzaqlarını İran malları əvəz edəcək
24.01.2016 12:00
İran sahibkarlarına Rusiyaya türk mallarının geri ixracı qadağan edilib.

ANS PRESS-in məlumatına görə, İranın ticarət nazirliyi bu qərarı Ankara və Moskva arasında olan siyasi gərginliklə izah edib.

Nazirliyin nümayəndəsi Rza Mövadvadinin sözlərinə görə, iranlı sahibkarların türk mallarını Rusiyaya ixrac etməsi Rusiya və İran münasibətlərinə mənfi təsir göstərə bilər.

Mövadvadinin fikirincə əgər İran hakimiyyəti bu qərarı qəbul etməsəydi Rusiya iranlı sahibkarlara qarşı daha sərt qaydalar tətbiq edə bilərdi. O həmçinin iranlı sahibkarlarınınTehran və Moskva arasında olan dostluq münasibətlərindən bizneslərinin inkişafı üçün istifadə edə biləcəklərini xüsusi vurğulayıb. Nazirlik nümayəndəsi qeyd edib ki, Rusiya vəTürkiyə arasında iqtisadi əlaqələrin kəsilməsi sonuncuya 10 milyard ABŞ dollarına başa gəlib.

Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Müvafiq qərar Rusiya prezidenti Vladimir Putintərəfindən 2015-ci ilin noyabrında imzalanıb.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bəyan edib ki, ölkə türk mallarını digər ölkələrdən gətirilən ərzaqlarla əvəz edə bilər. Nazirinin sözlərinə görə, türk meyvə və tərəvəz məhsullarını Azərbaycan, İran, Özbəkistan, Mərakeş, CAR kimi ölkələrdən gətirilən analoji məhsullarla əvəz etmək olar. 


Bir sıra iri ticarət şəbəkələri artıq türk məhsullarını İran məhsulları ilə əvəz etməyə hazır olduqlarını bəyan ediblər. Bir çox supermarketlərin rəflərində İran balığı, dəniz və süd məhsulları, meyvə və tərəvəzləri bu ilin yazında peydə olacaq.

Türkiyə isə öz növbəsində Rusiyanın qəbul etdiyi sanksiyaları münasibətlərin daha da gərginləşməsinə və ölkələr arasında problemlərin genişlənməsinə gətirib çıxaracağını bəyan edib.








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol