• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: “2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq”

İlham Əliyev: “2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq”
26.01.2016 12:30
"Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir”.
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: "Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.
 
Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: "2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür".
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib: "Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?"

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 19:36
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 12:22
"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Siyasət 20:44
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol