• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Xanlar Vəliyev: “70 nəfər məsuliyyətə cəlb edilib”

Xanlar Vəliyev: “70 nəfər məsuliyyətə cəlb edilib”
29.01.2016 15:16
Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan korrupsiya cinayətlərinin statistikası açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib ki, "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da ölkə başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
 
Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Cəmiyyət 23:30
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol