Nazarbayev: "Ucuz neftə alışmaq lazımdır"
Nazarbayev: "Ucuz neftə alışmaq lazımdır"
Neftin qiymətinin aşağı olmasına alışmaq lazımdır. "APA-Economics" "Tengrinews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
"Biz artıq yarım ildir ki, neftin 1 barelinin 30 dollar olduğu vəziyyətdə yaşayırıq. Lakin heç nə baş verməyib. Buna alışıb, belə yaşamaq lazımdır. Çünki bu proses uzun müddət davam edəcək", - deyə prezident vurğulayıb.
Ölkə başçısı əhalini "dolları yaddan çıxarmağa" çağırıb. "Bizim milli valyutamız təngədir, biz hesablaşmalarımızı təngə ilə aparırıq", - deyə N. Nazarbayev əlavə edib.
Təngənin devalvasiyasına toxunan prezident deyib ki, bu, qlobal iqtisadi konyunktura əsaslanan obyektiv proses idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox