• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Şeyx Salman: "FİFA 2018-ci ilədək bankrot ola bilər"

Şeyx Salman:
30.01.2016 14:45
Rəqiblərimin təklifləri FİFA xərclərinin 4 il ərzində 1 milyard dollar artmasına aparır

"Bəzi namizədlərin FİFA-nın maliyyə sferasında islahatlarla bağlı təklifləri təşkilatın 2018-ci ildə bankrot olmasına gətirib çıxara bilər". "Report"un məlumatına görə, bunu "Insideworldfootball.com"a açıqlamasında ali futbol qurumunun prezidenti postuna iddiaçılardan olan şeyx Salman ibn-İbrahim əl-Xəlifə deyib.

O bildirib ki, son bir ildə FİFA-nın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə zəifləyib: "Bu, kədərli mənzərədir. Vəziyyət dəyişməsə, 2018-ci ilədək FİFA-nın maliyyə ehtiyatları tükənəcək. Marketinq və televiziya hüquqlarımızın satışından alınacaq vəsait bizə bəs etməyəcək. Rəqiblərimin təklifləri FİFA xərclərinin 4 il ərzində 1 milyard dollar artmasına aparır. Belə proqramlar reallaşdırılsa, çox ağır vəziyyətlə üzləşəcəyik. Nəzərə almalıyıq ki, FİFA təkcə son bir ildə 100 milyon dollar ziyan edib".

Şeyx planının təşkilatı iflasa aparmaqdan yox, yenidən qurmaq və dirçəltməkdən ibarət olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyi uğrunda şeyx Salman ibn-İbrahim əl-Xəlifədən əlavə, şahzadə Əli bin əl Husseyn, Canni İnfantino, Tokio Seksvale və Jerom Şampan mübarizə aparacaq. Qapalı seçkidə ilk turdaca qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol