• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə
02.02.2016 10:30
"Azərbaycan dili ilə bağlı elektron məlumatlar sistemi demək olar ki, "yox” dərəcəsindədir".

Azərbaycanda ilk dəfə olaraq, dövlət dilinin informasiya bazası yaradılacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin informasiya bazası "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən yaradılır.

B.Məhərrəmli qeyd edib ki, virtual məkanda Azərbaycan dili ilə bağlı məlumatlar digər dillərlə müqayisədə çox azdır: "Buna görə də Azərbaycan dilinin qrammatikası ilə bağlı məlumatların, lüğətlərin, ümumilikdə dillə bağlı bütün elmi materialların bazara yerləşdirilməsi, istənilən bir şəxsin, hətta xarici vətəndaşların da ondan istifadə edə bilməsi üçün imkanlarının yaradılması nəzərdə tutulur. Azərbaycan dili ilə bağlı elektron məlumatlar sistemi demək olar ki, "yox” dərəcəsindədir. Buna görə də bu sistemi müvafiq qurumlarla birlikdə işləyərək yaratmaq, lüğətlərin, məlumatların elektron variantlarda yayılmasını təmin etmək istəyirik”.

B.Məhərrəmli bildirib ki, informasiya bazasının yaradılması ilə bağlı layihə artıq Azərbaycan Respublikasının Prezidenti yanında Eımin İnkişafı Fonduna təqdim edilib. Hazırda layihə ekspertiza mərhələsindədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Cəmiyyət 23:30
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol