• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanda 3 dövlət qurumu ləğv edildi

Azərbaycanda 3 dövlət qurumu ləğv edildi
03.02.2016 14:45
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.
 
Fərmanda deyilir ki, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.
 
Qeyd edək ki, palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.
 
Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılır:
 
İşçi qrupunun rəhbəri
 
Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
 
İşçi qrupunun üzvləri
 
Asim Məmmədov - "Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri
 
Cəlal Qasımov - "Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri
 
Faiq Hüseynov - "Unibank” ASC-nin İdarə Heyətinin sədri
 
Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
 
Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 09:39
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 07:17
"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
İqtisadiyyat 01:13
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
İqtisadiyyat 00:02
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İqtisadiyyat 22:53
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İqtisadiyyat 22:48
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İlham Əliyev
İqtisadiyyat 22:01
İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
İqtisadiyyat 09:30
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
İqtisadiyyat 19:48
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol