• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Yeni palatanın yaranması nəyi dəyişəcək? - Ekspert rəyi

Yeni palatanın yaranması nəyi dəyişəcək? - Ekspert rəyi
04.02.2016 14:36
"Mərkəzi Bankın son illərdəki fəaliyyəti prezidenti qane etmədiyindən, belə bir palatanın yaranmasını zəruri idi” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı - ekspert Qalib Toğrul deyib.

Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının əsas səbəbi nədir? Bu o demək deyilmi ki, Mərkəzi Bank öz işini layiqincə yerinə yetirə bilmir? Bundan sonra yeni palatanın fəaliyyəti ilə Mərkəzi Bankın işi üst-üstə düşməyəcəkmi?

Bu sualları ANN.Az-a iqtisadçı-ekpsertlər Qalib Toğrul və Oqtay Haqverdiyev şərh ediblər.
 
 
 
Qalib Toğrul 
 
İqtisadçı-ekspert Qalib Toğrul Maliyyə Bazarlarına Nəzarət Palatası yaranmasının əsas səbəbini Mərkəzi Bankın fəaliyyətini düzgün aparmaması ilə əlaqələndirib: "Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın bir neçə səlahiyyətini həyata keçirəcək. Mərkəzi Bankın son illərdəki fəaliyyəti prezidenti qane etmədiyindən, belə bir palatanın yaranması zəruri idi. Əslində bu palatanın yaranmasının özü yeni bir şey deyil. İnkişaf etmiş Avropa ölkələrində belə bir qurumun maliyyə təzimindən neçə illərdir ki, istifadə olunur.”

Ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasındakı digər əsas səbəbin isə, həm qiymətli kağızlar bazarını, həm də siğorta bazarını dirçəltməkdən ibarət olduğunu dedi: "Çünki iki qurumun ölkədəki fəaliyyəti (yəni Dövlət Siğorta Şirkəti ilə, Qiymətli Kağızlar Komitəsi) elə də hiss olunmurdu. Bu qurumlar qərar versələr də,bir çox qərarları icra edə bilmirdilər. Ancaq bu qurumların işinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi çox düzgün addım oldu. Bu, ən azından iki qurumun inkişafına çox güclü təsir göstərəcək”.   

İqtisadçı yeni yaranmış palata ilə Mərkəzi Bankın fəaliyyətlərini müəyyən etməyin vacib olduğunu bildirdi: "Maliyyə Bazarlarına Nəzarət Palatasının işinin banklara neqativ heç bir təsiri olmayacaq. Əksinə, bu palata bankların problemi ilə daha yaxından maraqlanacaq. Ancaq hələ konkret bilinmir ki, bu palatayla Mərkəzi Bank arasındakı sərhəd hara qədər olacaq. Onların fəaliyyətlərində müəyyən toqquşmalar, paralelliklər yarana bilər. Buna görə də, bu qurumlar arasında olacaq fərqi müəyyən etmək üçün daha bir sənəd imzalanmalıdır. Prezident və ya nazirlər kabineti başqa bir sənəd təqdim etməlidir ki, onların həyata keçirdikləri funksiyalar müəyyənləşdirilsin”.
 
Oqtay Haqverdiyev

İqtisadçı-ekspert Oqtay Haqverdiyev bu palatanın yaradılmasının banklara nəzarəti daha da atıracağını diqqətə çatdırdı: "Bank sektoru elə bir sahədir ki, o iqtisadiyyatı bir gündə də batıra bilər. Ona görə də ölkədə bu sahəyə ciddi fikir verilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasının da əsas səbəbi bank sektoruna nəzarəti daha da gücləndirməkdir. Ancaq bu o demək deyil ki, Mərkəzi Bankın fəaliyyəti olmayıb, ona görə də nəzarət palatası yaradılıb. Yox. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasının digər üstünlüyü isə indiyə qədər heç bir fəaliyyəti görünməyən qiymətli kağızlar bazarının və Dövlət siğorta şirkətinin işindəki keyfiyyətin artması istiqamətindədir”.

Ekspert əlavə etdi ki, bu qurumların fəaliyyəti çox aşağı olub: "Misal üçün, Qiymətli Kağızlar Komitəsi. Bu qurumun işi nədən ibarət olmalıdır? Bizdə ümumiyyətlə birja fondu yoxdu. Amma bu komitə var idi. Bizim hansı dövlət şirkətlərimizdə (misal üçün neft şirkəti) qiymətli kağızlar var? Buna görə də yeni bir qurumun, yəni Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasını bir iqtisadçı kimi məqsədə uyğun hesab edirəm.”

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
İqtisadiyyat 07:56
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
İqtisadiyyat 04:21
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
İqtisadiyyat 15:13
"Palata bankların normal işləməsi üçün tədbirlər görməyə borcludur" - MÜSAHİBƏ
Azərbaycanda 61 nəfər vergidən yayındığına görə həbs olunub, son 1,3 ildə - ARAŞDIRMA
İqtisadiyyat 09:36
Azərbaycanda 61 nəfər vergidən yayındığına görə həbs olunub, son 1,3 ildə - ARAŞDIRMA
Deputat:
İqtisadiyyat 14:33
Deputat: "Dotasiyaların verilməsində rüşvətxorluq var"
SOCAR: 2018-ci ildə yeni bitum qurğusu istismara veriləcək
İqtisadiyyat 17:40
SOCAR: 2018-ci ildə yeni bitum qurğusu istismara veriləcək
“Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq” - AÇIQLAMALAR
İqtisadiyyat 14:03
“Manatın məzənnəsi yığılıb-yığılıb birdən partlayacaq” - AÇIQLAMALAR
Banklardakı problem, yoxsa kölgə iqtisadiyyatı? - AÇIQLAMALAR
İqtisadiyyat 17:36
Banklardakı problem, yoxsa kölgə iqtisadiyyatı? - AÇIQLAMALAR
İqtisadiyyat 17:05
"Ləğv edilmiş "Exchange"lər bərpa olunur" - AÇIQLAMALAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol