İran-Rusiya: 40 milyardlıq saziş
İranla Rusiya 40 milyard dollarlıq sazişlər imzalayıb. Bu sənədlər nüvə enerjisi, dəmiryolları və digər layihələri əhatələyir. Məlumatı fevralın 4-də İranın Ali dini lideri Ayatollah Ali Khamenei-nin müşaviri verib.
Ali Akbar Velayati Moskva səfərinin sonunda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin-lə bəzi layihələri müzakirə edib. Onun sözlərinə görə, Tehran Rusiyadan dəmiryolları və nüvə enerjisi layihələri üçün kredit almaqda maraqlıdır.
Layihələr son bir neçə ayda imzalanıb və "icraya hazırdır”, o deyib.
İran həmçinin Rusiyadan əlavə silahlar almaqda və Rusiyanın böyük neft şirkəti Rosneft-ə neft satmaqda maraqlıdır, Velayati söyləyib.
Ancaq Reuters agentliyinin məlumatına görə, özəl Lukoil şirkətinin ticarət qanadı olan Litasco sanksiyalardan sonra Avropada İran neftinin ilk alıcısı olmaqda qərarlıdır. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox