• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AMEA-da növbəti iclas keçirildi

AMEA-da növbəti iclas keçirildi
05.02.2016 12:50
Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib. Qeyd olunub ki, 2015-ci ildə bölmələrin fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları, dövlət proqramları, Nazirlər Kabinetinin sərəncamları, AMEA Rəyasət Heyətinin qərarları əsas götürülüb.

 2015-ci ildə keçirilmiş konfrans və simpoziumlardan, beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışılıb, müəssisələrin mühüm elmi nəticələri açıqlanıb.

İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib. İlk olaraq AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında məlumat verib. Akademik bildirib ki, AMEA-nın institut və təşkilatlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərin bu layihəyə fəal şəkildə qoşulmasının təmin edilməsi məqsədilə Rəyasət Heyəti 2014-cü ilin yanvarın 15-də qərar qəbul edib. Akademik-katib qeyd edib ki, bu qərarı rəhbər tutaraq Viki-Mərkəz vətəndaşlar arasında "Vikipediya”nın populyarlaşdırılması və orada AMEA əməkdaşlarının Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün mühüm işlər görür. Mərkəz həmçinin ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

Sonra bir qrup gənc alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi məsələsi müzakirə olunub. Akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi haqqında" 02 iyul 2013-cü il tarixli Fərmanını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qeyd olunan fərmanın icrasını təmin etmək məqsədilə imzaladığı 29 oktyabr 2015-ci il tarixli sərəncama əsasən Akademiyanın elmi tədqiqat müəssisələrinin rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılıb. Rəyasət Heyəti "Gənclər üçün Prezident Mükafatı"na AMEA-dan təqdim olunan namizədin seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşın AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarına əsasən Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Cəmiyyət 23:30
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol