• $
  • £

Bəhram Bağırzadə - Keçmişə səyahət

Bəhram Bağırzadə - Keçmişə səyahət
05.02.2016 13:27
Gördüklərimizi, eşitdiklərimizi, keçmişimizi, oxuduğumuz kitabları, insanların üzlərini, telefonların nömrələrini elə tez unuduruq ki. Təkcə qoxular yaddaşımızda ilişib qalır, çünki ətrafımızdakı hər şeyin qoxusu var – evlərin, ağacların, maşınların, insanların, kitab mağazalarının, şirniyyat dükanlarının, meyvə, tərəvəz, hər növ yerli göy-göyərti satılan dükanların. Bu qoxular bizim xatirələrimizin ən etibarlı keşikçiləridir...

Dünən (2 fevral) yağış yağdı, səhər duranda isə məni xəfif, demək olar sezilməyən qoxularla sərin və nəmli hava qarşıladı... Məndə xatirələr baş qaldırdı, yaddaşımda isə çox güclü, çox təmiz və qayğıdan uzaq hüdudsuz bir xoşbəxtlik hissi canlandı. Bütün bunlar bir an çəkdi, ancaq bu ecazkar bir an idi, o məni uşaqlığıma apardı... Sevimli şəhərimin ev və küçələri məndə duyğular yox, xatirələr yaradır. Bugünsə yəqin ki, çox dərinlərdə yatan duyğularım oyanmışdı. Çətin ki, bu bir daha təkrar olunsun, ancaq bu gün o uzaq, birdəfəlik keçib getmiş zamanlara qayıtmaq çox xoş idi... Mən böyümək, yetkinləşmək üçün elə tələsirdim ki... Böyüyəndən sonra isə başa düşdüm ki, həyatımda bir daha o parlaq anlar olmayacaq... 

Yaddaş hansı anı yadda saxlayıb, hansını unudacağı barədə seçim etmir... Qışdır. Gecədir. Fənərlərin mandarin qabıqlarını xatırladan solğun sarı işıqları. Atamın əllərini möhkəmxə sıxmışam ki, sürüşüb yıxılmayım. Mənim 5 yaşım var, atamla başıdik evə gedirəm, atam təzəcə aldığımız isti çörəyi özünə sıxıb. Bu özünəməxsus havanı, sobadan təzəcə çıxmış çörəyin ətrinə qarışmış qar dənəcikli buzlu havanın və böyük şəhərin qoxusunu necə izah edəsən?..
Yəqin bu mümkünsüzdür, ancaq məni ovsunlayan nəhəng, sərhədsiz sevinc anını xatırlayıram... Duyğularla, səslərlə, qoxularla, ananın oxşamaları, atanın iri ovucları arasında keçən balaca insanın balaca dünyası. 

Uşaqlıqda sadəcə bugünlə yaşayırsan – keçmişlə bağlı qüssələr, gələcəklə bağlı qayğılar sənə yaddır, təkcə əbədi xoşbəxtlik var... Mənim balaca dünyamda özümə əziz bildiyim çox şey vardı – oyuncaqlar, karandaşlar, ağ vərəqləri, xoş qoxusu olan rəsm üçün yeni albom... Xalçada ləkə, anamın sevimli zərif farfordan olan fincanında çatlaq, parlaq üzlü masadakı cızıq, alman yağıyla silinmiş parket döşəmənin bihuşedici ətri... Əgər Yaradanın izniylə bu şəhərdə deyil, başqa bir şəhərdə başqa valideynlərin evində dünya göz açsaydım, bütün bunları görməyə də bilərdim...

Mənim sevimli 189 nömrəli məktəbim düz məşhur "Passaj” bazarının qarşısında yerləşirdi. Yazda və payızda bizim sinfimizin pəncərələri geniş açılmış olardı. Onların düz qarşısında isə çörəkçi var idi və biz bihuş olmuş halda dalğalarla sinfimizə qədər gələn yeni bişmiş çörəyin ətrini duyardıq, hər şeyi unudardıq. Səbirsiz halda dərsin bitməyini gözləyərdik ki, qaça-qaça məktəbdən çıxıb, dar yolu keçib həsrətini çəkdiyimiz piştaxtaya çataq. Bu, böyük yekəqarın şkafı xatırladan bir şey idi. Biz pullarımızı tez xərcləyib qurtarardıq, çünki oğlanların xərcləməyə vadar edən o qədər şey vardı ki – yeni karandaşyonanlar, qatlanan bıçaqcıqlar, markalar, yapışqanlar, buruqsaç oğlanın təsvir olunduğu və daim tələb olunan oktyabr nişanları, biz onu nəyəsə görə "Lenin baba” adlandırırdıq. Və əlbəttə ki, məktəb bufeti, oradan aldığımız hər şey bizə çox dadlı gəlirdi. Buterbrodlar üçün kolbasaları Pikya xala doğrayardı. O çox unikal qadın idi, onun bir əli vardı, ona görə bir əliylə baton kolbasanı çiyninə sıxar, digər əliyləysə iri bıçaqla kolbasanı işıq sürətiylə ustalıqla doğrayardı...

Amma əsas bayram məhz çörəkçinin yekəqarın piştaxtasında olardı. Kökələrdən doyunca yedikdən sonra isə mən dostumla "Passaj”da gəzməyə gedərdik. İpək kəlağayı taxmış qırmızısifət malakankaların satdığı turş kələmlərin qoxusu hələ də burnumdadır. Onlar böyük taxta çəlləklərin arxasında oturar və bizi mütləq xırt-xırtlı kələmə və ya turşu xiyara qonaq edərdilər. Biraz arxada isə o vaxtın dəbiylə - pencək, xovlu mex şərf, norka, əsasən də günəşdə par-parlayan papaq taxan gənc oğlanlar dayanar və qərənfil satardılar...

Dərslərdən tez-tez qaçdığımız olardı. İlahi, bu necə də möhtəşəm idi... Biz sadəcə yanımızdan keçən insanlara və zamana fikir vermədən gözümüz haranı görsə ora tərəf qaçardıq, şəhərin qoxusunu ciyərimizi çəkərdik, guya meymun meyvəsi sayılan yaşıl şarcıqlarla top kimi oynayardıq, gülərdik, zarafat edərdik və xoşbəxtliyin nəhəng dalğasının altında qalmış kimi qəfil susardıq... Üfüqdə sahə milisonenirin fiquru görünəndə isə hər şey başa çatardı. Biz isə onun girə bilməyəcəyi bir yerə hamılıqla qaçıb girərdik – məscidə. Allahın evinə girəndə əyləncəli qaçışdan sonrakı gülüşlər susardı, biz isə sakitlikdə mum fənərlərin qoxusuna duya-duya dayanıb gözləyərdik. O qoxunu udanda nə fikirləşdiyimi indi xatırlamıram, ancaq sanki qəlbimdə yaxın gələcəkdə həyatımı dəyişdirəcək insanlarla görüşəcəyim barədə intuisiya vardı...

İkinci mərtəbədəki sinifdə dərsdə oturarkən, uşaqların üçüncü mərtəbədəki kişi tualetində hansı siqareti "Çesterfild", yoxsa "NV" çəkdiklərini bilərdim. Bəzən mən çölə çıxmağa icazə istəyərdim və müəllimə mənim hara getmnək istədiyimi yaxşı bilərdi. Bir neçə dəqiqədən sonra bir neçə dərin qullab aldıqdan sonra sinifə qayıdardım... 

"Marlboro” və "Winston” "parada çıxmış” siqaretlər sayılardı, onlardan ötrü biz ya Kubinkaya Seyidin yanına, ya da Nəsimi bazarına Varenin yanına gedərdik. Amerikan "Marlboro”su 10 rubla satılardı və bu pul fantastik miqdarıydı, Kiyev və Kişinyov analoqları biraz ucuz olardı, ancaq onlar mənim xoşuma gəlməzdi. Ən möhtəşəmləri isə "St.Moritz” və aromalı uzun "Salem” idi. 

Sonuncu il mən "Nizami” metrosunun qarşısındakı 18 nömərli məktəbdə oxudum. O, hələ də Azərbaycanın ən uzun məktəbidir – 170 metr. Həmin vaxt məktəbin yanında karamel fabriki vardı və biz qoxunu alanda bilərdik ki, bugün hansı karamel düzəldilir – limonnu, çiyələkli, yoxsa malinalı. Bütün ətraf vanil və darçın qoxuyardı...   

Uşaqlıqda mən May ayını çox sevərdim, çünki Zabitlər bağında nəhəng kolları olan yabanı yasəmənlər çiçəkləyərdi, onların ətrindən baş hərlənərdi. Ağlayan söyüd ağaclarının ətri də məftunedici olardı... Hətta may böcəkləri və böyük qabıqqurdları da yoxa çıxdılar. Bizim may böcəkləriylə qabıqurdlarını qladioator kimi döyüşdürdüyümüz yeşiklərimiz vardı... 

Mən öz şəhərimin dad və qoxusunu fərqləndirməyi bacarırdım. Yazda o nüfuzedən cənub küləyi və Novruzda bütün evlərdə bişirilən şirniyyat qoxardı. Yayda şəhər günəş altında cızıldayan pomidor, qır, meyvələrdən bişirilən mürəbbə qoxusu verərdi.  

Və yay əlbəttə ki, Kislovodsya, Minvodaya səfər demək idi, vağzaldan isə kömür, metal, qəzetə bükülmüş qızardılmış toyuq ətri gələrdi və biz bunu sevməzdik... 

Payızda yerə tökülən yarpaqlar ayaqlar altında xışıldayar, şəhərə şimal küləyi soxular və bütün küçə və künclərə qovrulmuş şabalıdın qoxusunu gətirərdi. Bükülmüş kağızlardakı şabalıdı əlinə almaq və barmaqların yana-yana yemək necə də xoş idi... 

Məhz payızda Tarqovının bir küncündə, "İvanovka” mağazası olan yerdən keçənləri şorabanın gözəl qoxusu vurardı.  Onların hamısını almaq və evə qaçaıb boşqaba doldurub yemək könlündən keçərdi... Nə olsun ki, soyuducuda ananın hazıladığı nahar var, bu gün mən kef eləmək istəyirəm... 

Qışda isə havadan elə bir qoxu gələrdi ki, mən ümumiyyətlə böyümək istəməzdim. Bugünkü kimi süni deyil, təbii yolkalar, mandarinlər, üzərində "Marokko” hərfləri yazılmış qara yapışqan kağız olan apelsinlər. Əlbəttə, mən bu ölkənin Afrikada yerləşdiyini bilirdim, ancaq narıncı apelsində bu yazını görəndə, elə bilirdim piratların və 3 müşketyorların dövründə yaşayıram... Qabaqda isə Yeni il gecəsi, hədiyyələr, tətillər, bayramlarda televizorda göstərilən möhtəşəm uşaq filmləri, saysız-hesabsız qonaq getmələr, 80-cı illərin əvvəllərində Bakını yollarından şütüyən yeni çex troleybuslarında unudulmaz səfərlər olardı... 

Yayda atamın vaxtı olanda bizi Şıxov çimərliyinə aparardı, ora çatana qədərsə mazut gölməçələrinə baxar, xəzridən və tünd duz qoxusu gələn dənizdən zövq alardım. Bəzən təyyarə aereportda yerə enəndə bəhz bu qoxu məni qarşılayır. İlk iş kimi mən qoxunu, uşaqlığımın, bütün həyatımın qoxusunu var gücümlə ciyərlərimə çəkirəm. Başa düşürəm ki, mən yenidən evimdəyəm...

Dünyada bütün anlar yoxa çıxır, təkcə xatirələr qalır...

Mən çoxdanmı böyüdüm? Bəlkə mən elə həmin uşağam, sadəcə baxışlarım biraz ciddiləşib? Gəncliyimdə keçirdiyim, dünyanın təklif etdiyi hər şeyə açıq olduğum o günləri unudacağımdan qorxuram. Xəyal qurmağı dayandırıb, yetkin həyatın yeknəsəkliyinə qarışacağımdan qorxuram... Uğurunda yaşadığım amalı itirəcəyimdən qorxuram... Mənimçün xatirə mənə bu şəhəri, dənizi, sözləri və sevgini verənlərə bir daha təşəkkür etmək imkanıdır...

Mən başa düşmədim, zaman necə keçdi, xatırlamıram bu həqiqət idi, yoxsa yuxu. Təkcə onu bilirəm ki, saata baxanda əqrəblər demək olar yerlərindən tərpənmirdilər... Qalan təkcə mənim uşaqlığımın qoxuları oldu... Qeyri-adi, təkrarsız, heç nə ilə müqayisə olunmayan qoxular... Xoşbəxtlik qoxuyaları... Və bu an mən sadəcə bir uşağam. Mən yenidən yeni günü gözləyirəm... Və inanıram ki, sabah hər şey başqa cür olacaq...

Bəhram Bağırzadə


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol