• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Nazir: "İmtina etsək, "Formula - 1"ə görə cərimə ödəməli olacağıq"

Nazir:
08.02.2016 12:26
 
"Formula 1" yarışları ilə bağlı 10 illik müqavilə bağlanıb. Əgər 5 il ərzində yarışları keçirməkdən imtina etsək, buna görə cərimə ödəməli olacağıq. Növbəti 5 ildə isə Azərbaycan istəsə, yarışları keçirə də bilər, istəməsə yox".

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, "Formula 1"in büdcəsi 12 milyon dollardır, bu vəsait yolları düzəltmək üçün xərclənir. Digər xərclər isə kommunikasiya ilə əlaqədardır.

Azad Rəhimov "Formula 1"in büdcəsinin 34 milyon dollar olması ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, büdcənin 34 milyon olması ilə bağlı rəsmilərdən heç kim açıqlama verməyib: "Bu açıqlamanı italiyalı bir şəxs verib, həmin adam isə, ümumiyyətlə, heç müqaviləni belə görməyib. Müqavilə ikitərəflidir. Bu iddialar isə sadəcə boş söhbətlərdir, "Formula 1"in büdcəsi iki əsasdan formalaşır, birincisi, hər il ödənilən haqdır, ikinci məsələ isə təşkilat xərcləridir. Bu barədə açıqlama da  ictimaiyyətə veriləcək".

Qeyd edək ki, bu gün Gənclər və İdman naziri Azad Rəhimov Ümumdünya Paralimpiya  Komitəsinin prezidenti Filip Kraven ilə görüşüb. Tədbirdə həmçinin Paralimiya  Hərəkatının 20 illiyi münasibətilə təltifolunma mərasimi keçirilib.
 
Orxan Aslanlı 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir:
İdman 12:26
Nazir: "İmtina etsək, "Formula - 1"ə görə cərimə ödəməli olacağıq"
Prezident Cəlal Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi
İdman 23:58
Prezident Cəlal Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi
İdman 19:50
"Formula-1"in vaxtı açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol