• $
  • £

Gənc Tamaşaçılar Teatrının kollektivi Firəngiz Şərifovanı yad edib - Fotolar

Gənc Tamaşaçılar Teatrının kollektivi Firəngiz Şərifovanı yad edib - Fotolar
08.02.2016 23:40
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino  aktrisası, Xalq artisti, "Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.
 
 
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.
 
 
Məlumat üçün bildirək ki,  Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.
 
 
1941-ci ildə yaxın ailə dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunmuş, lakin iki il sonra  teatr məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti olaraq bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlamış və tezliklə teatrın aparıcı aktrisalarından biri olub.
 
 
Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq 2011-ci ilin sentyabr ayının 1-ə qədər - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
 
 
Firəngiz Abbasmirzə qızı Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol