• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“ASAN xidmət” Dubayda təqdim olundu

“ASAN xidmət” Dubayda təqdim olundu
09.02.2016 10:37
Fevralın 8-dən 10-dək Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir. 

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu barədə "ASAN xidmət”dən Oxu.Az-a bildirilib. 

Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndəsi qatılıb.

Tədbirin ilk günü "Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib.

Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan "ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib.

O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb.  

Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti cənab Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər.  

Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının, həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Eyni zamanda Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Zirvə görüşü növbəti gün də öz işini davam etdirəcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Cəmiyyət 23:30
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol