• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanlı milyarder Türkiyə bankını alır

Azərbaycanlı milyarder Türkiyə bankını alır
11.02.2016 12:45
Qubalı dağ yəhudisi Qod Nisanov Rusiyada fəaliyyət göstərən "Kredit Avropa Bank"ın yeni sahibi ola bilər.

Azərbaycanlı milyarder Rusiyada fəaliyyət göstərən Türkiyə bankını almağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Türkiyəd' "FİBA" adlı böyük holdinqin rəhbəri Hüsni Özyegin Rusiyadakı "Kredit Avropa Bank"ı (Credit Europe Bank - red.) satır. Bankın satılmasına səbəb kimi son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi göstərilir. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir. 

İddialara görə, bankı almağa ən real namizəd əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən olan azərbaycanlı milyarder Qod Nisanov hesab edilir. Türkiyə mediasında yayılan məlumata görə, Rusiyada Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankın məhz Moskvanın tanınmış kommersiya qurucusu Qod Nisanova satılacağı gözlənilir. 

Hazırda bank 4,5 milyon fiziki və 16 min hüquqi şəxsə xidmət göstərir. Bankın 99,9% səhmi Hollandiyanın Credit Europe Bank NV-ə məxsusdur. Bank Rusiyada 1994-cü ildən fəaliyyət göstərir. 




Əslən azərbaycanlı olan dağ yəhudisi Qod Nisanovun sərvəti 4 milyard dollar civarında dəyərləndirilir. "Radisson Royal Ukraine", "Royal Ukraine Hotel", Radisson САС, "Slavyanskaya", "Yevropeyski” ticarət mərkəzi, "Food City" tərəvəz bazasının sahibi olan Nisanov 2014-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 

O, "Forbes" jurnalının milyarderlər siyahısında 38-ci yerdə qərarlaşıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol