• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Moskva Qərbi xəbərdar etdi: Yeni müharibə başlaya bilər

Moskva Qərbi xəbərdar etdi: Yeni müharibə başlaya bilər
12.02.2016 15:25
Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev Suriyada istənilən yerüstü əməliyyatların keçirilməməsi üçün xəbərdarlıq edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, bu Yer kürəsində növbəti müharibənin başlanmasına səbəb ola bilər.

Bu bəyanatı Rusiya hökumətinin rəhbəri Münhün konfransının ərəfəsində Almaniyanın "Handelsblatt” nəşrinə verdiyi müsahibəsində bildirib.

"İstənilən yerüstü əməliyyatlara bir qayda olaraq müharibənin permanent olmasına gətirib çıxarır. Əfqanıstanda nə baş verdiyini, bir sıra digər ölkələrdə baş verən hadisələrə baxın. Bədbəxt Liviyanı heç demirəm”, - baş nazir Səudiyyə Ərəbistanının Suriyaya xüsusi təyinatlıları göndərməyə hazır olmasına dair bəyanatını şərh edərkən bildirib.

Baş nazirin sözlərinə görə, yerüstü əməliyyat – "iştirak edən hər kəsin, müharibəyə inteqrasiyası deməkdir”.

"Amerikalılar ölçüb-biçməlidirlər – və ABŞ prezidenti də, bizim ərəb tərfədaşlarımız da: onlar permanent müharibə istəyirlər? Onlar bu müharibəni tez bir zamanda udacaqlarını düşünürlər? Belə olmur, xüsusilə də ərəb dünyasında. Orada hamı bir-birinə qarşı döyüşür”, - Medvedyev deyib.

Onun sözlərinə görə, belə müharibə illərlə və hətta on illərlə sürə bilər.

"Bu nəyə lazımdı? Yer kürəsində yeni müharibəyə başlamaq yox, Rusiyanın da, amerikalıların da, təkzib etsələr də türklərin də tətbiq etdikləri sərt tədbirlər görərək hamını danışıqlar stolunun axasına oturmağa məcbur etmək lazımdır. Biz bütün bunların hansı ssenari üzrə getdiyini bilirik”, - baş anzir sözünü yekunlaşdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol