• $
  • £

Şahin Diniyev: "Qarabağ"a uduzmaq ayıb deyil"

Şahin Diniyev:
28.05.2020 21:29
"Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudur. Bununla belə, bizi çətin imtahan gözləyir. "Qarabağ” həm heyət, həm oyunçuların səviyyəsi, həm də baş məşqçi baxımından güclüdür. Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 21-ci turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışarkən deyib.
 
Diniyev "Qarabağ"la matçın komandası üçün çətin olacağını bildirib: "Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm. "Qarabağ”a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdir. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir.

Düzdür, bütün görüşlər çətindir, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başa düşüləndir. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol