• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Davudoğlu YPG-nın mövqelərinə zərbələr endirildiyini təsdiqləyib

Davudoğlu YPG-nın mövqelərinə zərbələr endirildiyini təsdiqləyib
14.02.2016 11:30
Türkiyənin baş naziriƏhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Davudoğlu bunu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.  
 
"Dünən və bu gün PKK-nınSuriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər.      
 
Əhməd Davudoğlu məsələ ilə bağlı ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefon danışığı aparıb.
 
"Co Baydenin təşəbbüsü ilə baş tutmuş telefon danışığı zamanı mən ona vəziyyəti aydınlaşdırdım. Söhbət zamanı mən Baydenə onun İstanbula səfəri zamanı aparılmış məsləhətləşmələri və əldə olunmuş razılaşmaları xatırladım. YPG və PYD Türkiyənin təhlükəsizliyinə açıq-aydın təhdid edən PKK terror təşkilatının Suriya qollarıdır. Özümüzü müdafiə etmək və sərhədlərimizi qorumaq məqsədilə biz lazımi tədbirlər görəcəyik”, - deyə  Davudoğlu qeyd edib.  
 
"YPG dərhal Azez şəhərinin ətrafını tərk etməli və bu şəhərə yaxınlaşmamalıdır. Onlar humanitar dəhlizi bağlamaq ideyasından imtina etməlidirlər. "Minnak” aeroportu Türkiyəyə və Suriya müxalifətinə qarşı istifadə olunmamalıdır. Bu aeroport dərhal azad edilməlidir. Mən bunların hamısını cənab Baydenə bildirmişəm”, - deyə Əhməd Davudoğlu  qeyd edib.   

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol