• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Alpinizm Federasiyasına yeni prezident seçildi

Alpinizm Federasiyasına yeni prezident seçildi
16.02.2016 23:26
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Federasiyadan Oxu.Az-a bildiriblər ki, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idarə rəisi Aydın Məmmədov və federasiyanın nümayəndələri iştirak ediblər.

Nazirliyin nümayəndələri federasiyanın işini yüksək qiymətləndirib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Konfransın gündəliyi və reqlamenti təsdiqləndikdən sonra federasiyanın prezidenti İsrafil Aşurlı görülən işlər barədə hesabatla çıxış edib. Məruzəçi federasiyanın bütün fəaliyyət istiqamətlərini əhatə edib, əldə olunan uğurlar, çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışıb.

Keçirilən müzakirələr zamanı tədbir iştirakçıları əsasən hesabat dövründə federasiya Rəyasət Heyətinin işi barədə müsbət fikirlər söyləyiblər.
Sonra Azərbaycan Alpinizm Federasiyasının yeni seçilmiş Rəyasət Heyətinin ilk yığıncağı keçirilib. Rəyasət Heyəti üzvlərinin böyük səs çoxluğu ilə "Olimp” klubunun nümayəndəsi Məmməd Abbasbəyli federasiyanın yeni prezidenti seçilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol