• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

UEFA Putinin fotosuna görə “Lokomotiv”i cəzalandıra bilər

UEFA Putinin fotosuna görə “Lokomotiv”i cəzalandıra bilər
17.02.2016 13:41
Rusiyanın "Lokomotiv” klubu və futbolçusu Dmitri Tarasov UEFA tərəfindən sərt cəzaya məruz qala bilər. 

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində dünən İstanbulda keçirilmiş "Fənərbaxça” – "Lokomotiv” matçından sonra Tarasovun geyindiyi köynək göstərilir.
 
Belə ki, görüş başa çatandan sonra yarımmüdafiəçi üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və "Ən nəzakətli prezident” sözləri yazılmış formanı nümayiş etdirib. Hazırda iki ölkə arasında siyasi münasibətlər yaxşı olmadığından, Tarasovun bu addımı birmənalı qarşılanmayıb.
 
Siyasi aksiyaların futbol oyunlarına yansımasına qarşı çıxan Avropa Futbol Assosiasiyaları İttifaqı Tarasovun cəzalandırılmasını tələb edir. Rusiyalı futbolçunun bu hərəkətinə görə minimum 10 oyunluq diskvalifikasiya olunacağı bildirilir.
 
Tarasov öz hərəkətini Vladimir Putinə dəstək olmaq istəməsi ilə əlaqələndirib: "Putin mənim prezidentimdi. Ona hörmət edirəm və bu hərəkətlə hər yerdə dəstək olduğumu göstərmək istədim. Öz ideyam idi. Amma hər hansı təxribata yol açmaq fikrində deyildim. Bir də ilk dəfə deyil ki, bu futbol köynəyini geyinirəm”.  
 
Tarasovun məlum hərəkəti özü ilə yanaşı, klubunu da sərt cəza ilə üz-üzə qoya bilər. Yerli mətbuata danışan rusiyalı deputat İqor Lebedev də bunu istisna etməyib: "Hər şey UEFA-nın qərarından asılıdı. Futbolçu ilə yanaşı, kluba da çox ağır cəza tətbiq oluna bilər”.
 
Qeyd edək ki, "Fənərbaxça” – "Lokomotiv” matçı ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə nəticələnib. Bu komandalar arasında cavab qarşılaşması fevralın 25-də keçiriləcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol