• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Yozef Blatter Mişel Platini və xələfləriylə münasibətlərindən danışdı

Yozef Blatter Mişel Platini və xələfləriylə münasibətlərindən danışdı
19.02.2016 19:25
 Futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmış FİFA prezidenti Yozef Blatter ona qarşı irəli sürülən ittihamlarda özünü günahkar saymayıb. 

Y.Blatter Fransanın RMC radiosuna müsahibəsində eyni diskvalifikasiyaya məruz qalmış UEFA prezidenti Mişel Platini ilə gərgin münasibətlərinin yoluna qoyulduğunu bildirib.

"Mən daha özümü Platini ilə rəqib saymıram. O, son açıqlamalarında barəmdə müsbət danışıb. Sentyabrda FİFA İcraiyyə Komitəsini tərk edərkən, hər ikimiz "Nəyə görə?" sualını vermişdik. O vaxtdan Platini ilə nə telefonla danışmışıq, nə də yazışmışıq" - deyə o bildirib.

Hər iki məmur FİFA-nın Etika Komitəsi tərəfindən cəzalandırılıb. Səbəb kimi 2011-ci ildə qeyri-qanuni və sənədlə əsaslandırılmadan FİFA-dan M.Platininin hesabına 1,8 milyon avro köçürülməsi göstərilib. Y.Blatter vurğulayıb ki, aralarında müqavilə çəkisinə malik şifahi razılaşma olub. Bu, İsveçrə qanunvericiliyində və FİFA Kodeksində göstərilib: "Müqavilə şifahi formada da ola bilər. Platini də mənim kimi günahsızdır. Bu, qanuni anlaşmadır. Real razılıq əldə olunmuşdu və biz onu yerinə yetirməli idik. Bu, mənim fəlsəfəmdir".

Y.Blatter FİFA prezidenti seçkisində namizədlərdən heç birini dəstəkləməyəcəyini də açıqlayıb: "5 namizəddən 4-ü mənimlə əlaqə saxladı. Lakin mən heç birinə üstünlük verə bilmərəm. Habelə, bir neçə federasiya mənə müraciət edib və kimə səs verməli olduqlarını soruşub. Cavab vermişəm ki, seçimlərini özləri etsinlər".

Qeyd edək ki, fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyi uğrunda Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, CAR-ın keçmiş naziri Tokio Seksvale və UEFA baş katibinin sabiq müavini Jerom Şampan mübarizə aparacaq.//Report

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol