• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Həftəsonu üçün 8 tamaşa və “Xocalıda qırmızı mələk”- Fotolar

Həftəsonu üçün 8 tamaşa və “Xocalıda qırmızı mələk”- Fotolar
19.02.2016 15:05
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna maraqlı repertuar vəd edir.
 
Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu gündən başlayaraq teatrda saat 14.00 və 16.00-da S.Rüstəmin "Çimnaz xanım yuxudadır”, fevral ayının 20-də saat 12.00-da A.Tolstoyun "Balaca və damda yaşayan Karlson”, saat 16.00 və 19.00-da Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”, bazar günü – fevral ayının 21-də saat 12.00 və 14.00-da X.K.Andersenin "Çirkin  ördək balası”, saat 19.00-da V.Siqarevin "Ağ ölüm” tamaşaları nümayiş etdiriləcək.
 
Fevral ayının 22-də  saat 16.00-da Dövlət Gənc Tamaşaçaılar Teatrında "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində "Xocalıda qırmızı mələk” tamaşasının premyerası keçiriləcək. Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın "Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb. İtalyan aktyorların iştirakı ilə hazırlanmış bu tamaşa Milan şəhərinin "Teatro Filodrammatici” teatrında nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın uğurla hazırlanmasını nəzərə alaraq, Şura onun yaradıcı heyətini Azərbaycana dəvət edib.
 
Səhnə əsərinin ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.
 
 



















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol