• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir"

19.02.2016 18:49
Səbail rayonunda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

Bakı şəhəri, Səbail rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərin yekunu və 2016-cı-ci il üçün qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Oxu.Az-ın xəbərinə görə, hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə, eləcə də ötən il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.

E.Əzizovun sözlərinə görə, ötən il dünya bazarlarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, bir çox dövlətlərin milli valyutalarının 100 %, bəzi hallarda isə daha çox devalvasiyaya uğramasına baxmayaraq ötən il Azərbaycan iqtisadiyyatında artım olub, ümumi daxili məhsul 1 %-dən çox, sənaye istehsalı 2,4 %, qeyri-neft sənayesi 8,4 % artıb.

"2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayə olub. Bu onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir”, - deyə İcra başçısı qeyd edib.

E.Əzizov qeyd edib ki, Prezidentin çıxışından sonra Səbail rayonunda Xüsusi qərargah yaradılıb, rayonda fəaliyyət göstərən sahibkarlarla görüşdə onların müraciət və təklifləri dinlənilib, işlərinə mane olan amillərin aradan qaldırılması üçün anonim sorğu keçirilib, RİHBA-da "Qaynar xətt” telefonu yaradılıb.

"İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etmək çox vacib məsələdir. Çox sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz 6 saylı orta məktəbi bitirib. Bu gün tam surətdə yenidən qurulmuş, təhsil üçün hər cür şərait yaradılmış məktəbin kollektivi bununla fəxr edir”, - deyə 6 saylı orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxışı zamanı bildirib.

G.Orucova məktəb kollektivinin qərarı ilə bu təhsil ocağında "İlham Əliyev və Azərbaycan – inkişaf və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı  hazırlıq işləri görüldüyünü bildirib və xahiş edib ki, RİH də bu işlərdə onlara dəstək olsunlar.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2015-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib.

Daha sonra rayon sakinləri zalda quraşdırılmış mikrofona yaxınlaşaraq özlərinin istək və  təklifləri bildiriblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak ediblər. 
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol