• $
  • £

Eco dövlət vəzifələrindən niyə imtina etmişdi

Eco dövlət vəzifələrindən niyə imtina etmişdi
20.02.2016 17:24
Yazıçı, filosof Umberto Eco'ya İtaliyada bir çox universitet və dövlət vəzifələri təklif olunmuşdu. O, Bologna Universitetinin rektoru, Milan meri, bir zamanlar işlədiyi RAI televiziyasının direktoru vəzifələrindən imtina etmiş, professor olaraq qalmışdı. Sonra isə ona mədəniyyət naziri vəzifəsi təklif olundu.

Lee Marshall: Siz yeni sol mərkəzçi italyan hökumətini seçki kampaniyasında açıq dəstəkləmiş, amma onlar seçiləndən sonra sizə təklif etdikləri mədəniyyəət naziri postundan da imtina etmişdiniz. Niyə?

U.Eco: Mədəniyyət naziri vəzifəsindən söhbət gedəndə dəqiqləşdirmək istəyirsən, axı mədəniyyət sözü altında nə nəzərdə tutulur. Əgər o, keçmişin estetik məhsulları - rəsmlər, köhnə binalar, orta əsr əlyazmalarıdırsa, mən onların dövlət himayəsi altında olması tərəfdarıyam. Amma bunlarla Mədəni İrs Nazirliyi məşğul olur. Yerdə qalır "mədəniyyət" sözü "yaradıcılıq" mənasında. Yaradıcılıq məsələsində mən yaradıcı prosesə pul ayırmaq və onu bu yolla ilhamlandırmaq istəyən kollektivə rəhbərlik etməyi bacarmaram. Yaradıcılıq yalnız anarxik ola bilər. Demokratik ölkədə yaradıcılıq kapitalizm qanunlarıyla yaşamalı, güclülər qailb gəlməli, zəflər sıradan çıxmalıdır. (azadlıq.org)


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Xalq artisti Muxtar Maniyev vəfat etdi
Mədəniyyət 09:34
Xalq artisti Muxtar Maniyev vəfat etdi
Mədəniyyət 18:51
"Mənim tanıdığım Vaqif" - FİLM
Azərbaycan Milli Elmlər Akademiyasının parkı - FOTO
Mədəniyyət 23:08
Azərbaycan Milli Elmlər Akademiyasının parkı - FOTO
Akva Floriya: İstanbulun nəhəng tematik akvariumu - FOTOREPORTAJ
Mədəniyyət 20:31
Akva Floriya: İstanbulun nəhəng tematik akvariumu - FOTOREPORTAJ
Ədalətdən uzaq
Mədəniyyət 09:24
Ədalətdən uzaq "Ədalət parkı" - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol