• $
  • £

Xocalı faciəsinin qurbanları“Arzu və Murad”la anılacaqlar - Fotolar

Xocalı faciəsinin qurbanları“Arzu və Murad”la anılacaqlar - Fotolar
22.02.2016 19:39
Fevral ayının 25-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Suraxanı rayon İcra Hakimiyyətində keçiriləcək tədbirdə iştirak edəcək.
 
Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirdə teatrın yaradıcı heyəti "Arzu və Murad” tamaşası ilə çıxış edəcək.
 
 
Fevral ayının 26-da saat 14.00 və 16.00-da Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Dövlət Gənc Tamaşaçılar Teatrında təbdir keçiriləcək. Tədbirdən əvvəl teatrın kollektivi "Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.
 
 
Daha sonra Sevinc Elsevərin "Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış "Arzu və Murad” tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
 
 
Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
 
 
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.  
 










www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol