• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Səkkiz ölkənin prezidenti Azərbaycana gəlir

Səkkiz ölkənin prezidenti Azərbaycana gəlir
23.02.2016 13:12
Bu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək.
APA-nın xəbərinə görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir.
 
Qeyd edək ki, "çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
 
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
 
Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol