• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İran prezidenti: “Regional problemlərin siyasi yolla həllinə inanırıq”

İran prezidenti: “Regional problemlərin siyasi yolla həllinə inanırıq”
23.02.2016 15:49
"Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həll olunacağına inanırıq”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
O bildirib ki, azərbaycanlı həmkarı ilə son 2,5 ildə ərzində 5-ci dəfə görüşür: "Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.
 
H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: "Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.
 
İran prezidenti görüşdə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə islam dini ilə bağlı məsələlər və Suriya problemi də müzakirə edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol