• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

DQMK: 160 dövlət orqanı üzrə 14889 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb

DQMK: 160 dövlət orqanı üzrə 14889 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb
23.02.2016 18:57
2016-cı il 23 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Komissiyanın 2015-ci il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə dövlət orqanlarının nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər iştirak ediblər.

Komissiyadan ANN.Az-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov qeyd edib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Komissiyanın 2015-ci il ərzində fəaliyyəti və dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı illik hesabatlarının vətəndaş cəmiyyətinin müzakirəsinə təqdim etməkdir. V.Hüseynov bildirib ki, Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində gördüyü tədbirləri 2015-ci il ərzində də davam edib. Qeyd edilib ki, Komissiya tərəfindən dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb və bu Komissiyanın fəaliyyəti dövründə ən böyük nailiyyətlərdən biri olub. Bildirilib ki, dövlətin ali rəhbərliyinin dəstəyi ilə Komissiya dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmışdır və artıq bir çox Avropa və Asiya ölkələrinin analoji qurumları öz ölkələrində tətbiq etmək məqsədilə bu modeli öyrənir. Dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanı və müsahibə mərhələsində Komissiyanın tətbiq etdiyi yeniliklərdən danışan aparat rəhbəri həmçinin bildirilib ki, Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4947 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub.

Tədbirdə təqdimatla çıxış edən Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirib ki, 2015-ci il ərzində Komissiya öz səlahiyyətlərinin həyata keçirilməsi istiqamətində bütün zəruri işləri görüb. 2007-2015-ci illər ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 160 dövlət orqanı üzrə 14889 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Qeyd edilib ki, müsabiqə və müsahibələrdə 69573 namizəd iştirak edib, onlardan 6287 nəfəri vakant vəzifələrə uyğun hesab edilib, 5482 nəfəri isə müvafiq vəzifələrə təyin edilib. Bildirilib ki, vakant vəzifəyə təyin olunanlardan 535 nəfəri ehtiyat kadrlar siyahısından təyinat alıb. Bunlardan 81%-ni gənclər təşkil edib. Qeyd edilib ki, dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli, keyfiyyətli və peşəkarlıqla həyata keçirilməsini təmin etmək üçün İKT-dən istifadə genişləndirilib. A.Hüseyn bildirib ki, "Namizədlər - DQMK” və Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin (DQRİS) qarşılıqlı inteqrasiyası nəticəsində dövlət orqanlarında olan vakant vəzifələrin siyahısını daha operativ və dəqiq müəyyən etmək, müsabiqə və müsahibə elanlarını daha qısa müddətə hazırlamaq imkanı yaradılıb. Bu isə elanlar əsasında namizədlərə şəxsi (təhsil ixtisası, iş stajı və digər) məlumatları ilə vəzifə haqqında məlumatları qarşılıqlı təhlil edərək vəzifə seçimi aparmağa şərait yaradır.

Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov etik davranış qaydaları ilə bağlı təqdimatla çıxış edərək, dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və etik məsələlər üzrə maarifləndirmə sahəsində Komissiyanın gördüyü işlərdən danışıb. O qeyd edib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10-cu bəndinə əsasən Komissiya dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları, treninqlər təşkil edib, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan 22 şikayəti araşdırıb. Dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiqinin daha səmərəli təşkil edilməsi, qiymətləndirilməni tətbiq edəcək dövlət qulluqçularının bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görüldüyü də diqqətə çatdırılıb. Şöbə müdiri qeyd edib ki, ümumilikdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən təlimlərdə dövlət orqanları üzrə 109 dövlət qulluqçusu iştirak edib.

Tədbirdə "Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyli və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Mehralı Salimov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədr müavini Qorxmaz İbrahimli mövzular ətrafında çıxış ediblər. Çıxışlarda bildirilib ki, Komissiyanın fəaliyyəti şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanır. Qeyri-hökumət təşkilatları ilə sıx işləyən və vətəndaş cəmiyyəti qarşısında fəaliyyəti ilə bağlı illik hesabatını açıqlayan ilk dövlət orqanı kimi Komissiyanın korrupsiyaya qarşı mübarizədə öndə gedən dövlət orqanlarından olduğu xüsusi olaraq vurğulanıb.

Sonda Komissiyanın fəaliyyəti ilə bağlı tədbir iştirakçıları bir sıra təkliflər irəli sürüblər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Cəmiyyət 23:30
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir - Mirzoyan
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol