• $
  • £

​Bu gün FİFA prezidenti seçiləcək

​Bu gün FİFA prezidenti seçiləcək
29.05.2020 05:25
 Bu gün İsveçrənin Sürix şəhərində dünya futbolunun yeni rəhbərinin adı müəyyənləşəcək.

 "Report"un məlumatına görə, ali futbol qurumunun konqresində prezidentlik postu uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale mübarizə aparacaq.

AFK prezidenti və UEFA-nın baş katibi favorit hesab olunur. Qapalı şəkildə keçiriləcək seçkidə ilk turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır.

Bir müddət əvvəl İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.

Konqresdə AFFA nümayəndələri də təmsil olunacaq.

Qeyd edək ki, FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol