• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​"Qalatasaray"ın baş məşqçisi istefa verir?

​
29.02.2016 10:05
Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis "Qaziantepspor"a səfərdə 0:2 hesabı ilə uduzduqları Super Liqanın XXIII tur matçından sonra "Lig TV"yə açıqlamasında bildirib.

O, 28 illik baş məşqçi karyerasının yara aldığını və heç vaxt bu qədər əziyyət çəkmədiyini söyləyib. M.Dənizli istefa qərarını hörmətsizlik kimi qəbul olunmaması üçün öncə klub prezidenti Dursun Özbəklə müzakirə edəcəyini bildirib:

"Mənim sözlərimdən kim nə məna çıxarırsa, özü bilər. Klub prezidenti ilə oturub geniş toplantı keçirəcəyik. Onlarla bu vəzifəyə başlarkən, çox fərqli planlarımız vardı. Amma həyata keçirə bilmədik. Karyeramda yaşadığım böyük gözəlliklərin ardından, qoy, pis şeyləri də yaşamaq mənə nəsib olsun. Önəmli deyil. Mən öz içimdə bütün qərarları verdim. Rəhbərliklə də danışacağam".

Qeyd edək ki, 23 turdan sonra "Qalatasaray" 37 xalla 5-ci pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 14 xal geri qalır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol