"Azərbaycan qazı 2020-ci ildə isə Avropaya çatdırılacaq"
Dünya bazarında baş verənlərə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi vaxtında icra olunacaq.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunları ilə bağlı mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.
M.Şefçoviç qeyd edib ki, dünya bazarında baş verən iqtisadi böhranın müəyyən mənfi təsirləri var, lakin Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələr öz öhdəliklərini təsdiq edib.
"Ölkələr bu layihlərin vaxtında icra olunmasında qərarlıdır və bu, banklara da şamil olunur. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq", - deyə Aİ rəsmisi vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox