• $
  • £

Teatrın 143 yaşı Gənc Tamaşaçılar Teatrında qeyd olundu - FOTOLAR

Teatrın 143 yaşı Gənc Tamaşaçılar Teatrında qeyd olundu - FOTOLAR
10.03.2016 22:49
Gənc Tamaşaçılar Teatrının aktyorları Milli Teatr günündə mükafatlandırılıblar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 143 illiyin münasibətilə tədbir keçirilib. Giriş sözü ilə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib. Direktorun sözlərinə görə, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzü ağ çıxıb: "Bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur”.

Daha sonra çıxış edən teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva Milli Teatr günü ilə bağlı fikirlərini dilə gətiriblər.
 
Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. 

Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. 

Tamaşada rolları Əməkdar Artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa ediblər.

10 mart Milli Teatr Günü ilə əlaqədar Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar” medalı, teatrın direktoru M.Həmidov TXİ-nin Fəxri Fərmanı ilə təltif olunublar. 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol