• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

SOCAR "Günəşli" yatağında yeni platforma istifadəyə verdi

SOCAR
14.03.2016 15:10
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin milli sektorunda yerləşən "Günəşli" yatağında yeni platforma istifadəyə verib. Bu gün Dövlət Neft Şirkətinə məxsus "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülü istismara verilib.

"Report" xəbər verir ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. Özülə baxış keçirən SOCAR prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə Şirkət tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür.

***

Bu özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, tikintisi isə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül "Günəşli" yatağının şərqindəki sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb.

Qeyd olunub ki, özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək.

Bunlardan biri "ZJ 70/4500 DZ" tipli Çin istehsalı olan qazma kompleksidir. İkincisi Almaniya istehsalı olan "Bentec 3000 HP AC" modul tipli qurğu isə yeni nəsil qazma avadanlığıdır və onun imkanları daha böyükdür - 8-9 min metr dərinliyə maili quyuların qazılması mümkündür. 7 saylı özüldə 6 qaz, 14 neft quyusunun qazılması nəzərdə tutulur.

Geoloqların hesablamalarına görə, neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmerr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil ediləcək.

Daha sonra SOCAR prezidenti yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb.

R.Abdullayev neftçilər qarşısında çıxış edərək Azərbaycan Prezidentinin SOCAR qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlərdən danışıb, "Günəşli" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol