• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ARDNF-nin inzibati binası BREEAM tərəfindən “Yaxşı” dərəcəsi ilə qiymətləndirildi

ARDNF-nin inzibati binası BREEAM tərəfindən “Yaxşı” dərəcəsi ilə qiymətləndirildi
15.03.2016 19:35

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inzibati binası Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) tərəfindən yeni tikili qiymətləndirmə metodologiyası üzrə "Yaxşı” dərəcəsi ilə qiymətləndirilib.

Neft Fondundan ANN.Az-a verilən məlumata görə, BREEAM İnstitutu 1990-cı ildən etibarən bütün dünyada qəbul edilmiş bir neçə metodologiya üzrə bina və layihələrin qiymətləndirilməsini həyata keçirir. Bura yeni tikili, bərpa və yeniləmə, beynəlxalq qeyri-yaşayış və layihələndirmə metodologiyaları daxildir. Yeni tikili qiymətləndirmə metodologiyası bina inşaatının 3 ayrı mərhələsində - ilkin inşaat işləri tamamlanmış, kommunal və texniki xidmətlərlə təchiz edilmiş və ya tam hazır binalarda tətbiq edilə bilər.

2014-cü il dekabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş ARDNF-nin yeni inzibati binasının tikintisi zamanı BREEAM qiymətləndirilməsindən keçilməsi öncədən qarşıya qoyulan hədəflərdən biri olmuşdur. Binanın inşaatı zamanı BREEAM tərəfindən müəyyən edilən tələblər nəzərə alınmışdır. ARDNF-nin inzibati binası Azərbaycanda BREEAM tərəfindən yeni tikili metodologiyası vasitəsilə tam hazır bina mərhələsində Yaxşı dərəcəsi ilə qiymətləşdirilmiş ilk binadır.

ARDNF-nin ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli inzibati binasında 3 mərtəbəli Podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, yeməkxana və s. mövcuddur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol