• $
  • £

Musiqili Teatr Gənclərin Peşə Reabilitasiya Mərkəzində çıxış etdi - Fotolar

Musiqili Teatr Gənclərin Peşə Reabilitasiya Mərkəzində çıxış etdi - Fotolar
04.04.2016 22:02

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 1 aprel Beynəlxalq gülüş günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, böyük tamaşaçı kütləsinin "Keyxanım” kimi tanıdığı istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər. Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Səhnə ilə tamaşaçı salonu arasındakı sərhədi aradan qaldıran, tamaşaçılarla canlı ünsiyyət yaradaraq onları ifa etdikləri rəqslərin, səhnəciklərin iştirakçısına çevirən Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərimizə əsl bayram əhval-ruhiyyəsi yaşadıblar. Sonda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev başda olmaqla teatrın kollektivinə tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol