• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İtaliya mətbuatında təmas xəttində baş verən hadisələrlə bağlı məqalə

İtaliya mətbuatında təmas xəttində baş verən hadisələrlə bağlı məqalə
05.04.2016 11:34
İtaliya mətbuatında təmas xəttində baş verən hadisələrlə bağlı məqalə çap olunub. 

ANN.Az xəbər verir ki, "Sicilia Journal"da çap olunan məqalənin müəllifi Carmelinda Comandatoredir.

Həmin yazını təqdim edirik:

"İyirmi ildən çox davam edən və tez-tez pozulan rəsmi atəşkəsdən sonra Dağlıq Qarabağda münaqişə yenidən başlanır. 

Azərbaycanın bir bölgəsi olan Dağlıq Qarabağ 20 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən işğal altında saxlanılır.

 Təcavüz nəticəsində 30 mindən çox azərbaycanlı həlak olmuşdur. 1994-cü ildə münaqişə formal olaraq sona çatdı və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT Minsk Qrupu himayəsində danışıqlar başlandı. O vaxtdan etibarən Azərbaycana Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən və Ermənistanın özündən 1 milyona yaxın qaçqın və məcburi köçkün gəlmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 aprel gecəsi Ermənistan Silahlı qüvvələri Azərbaycana qarşı atəş açmış, diversiya fəaliyyəti həyata keçirmiş və təmas xətti boyunca hücuma keçmişdir. Bu zaman təmas xətti yaxınlığındakı mülki əhalinin sıx yaşadığı ərazilər bombardman edilmişdir ki, bunun da nəticəsində mülki əhali arasında ölüm və yaralanma halları müşahidə edilmişdir.

Qısa zaman ərzində, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocalı-Füzuli istiqamətində əks-hücuma keçmişdir. Döyüşlərdə 12 Azərbaycan əsgəri həlak olmuş və Azərbaycana məxsus MİG-24 vertolyotu vurulmuşdur.

Beynəlxalq təşkilatların təkidlərini və Azərbaycan Hökumətinin sülhpərvər siyasətinə sadiqliyini nəzərə alaraq, Müdafiə Nazirliyi birtərəfli qaydada əks-hücum əməliyyatlarını və Ermənistan qoşunlarına qarşı cavab tədbirlərini dayandırdığını, və işğaldan azad edilmiş ərazilərin möhkəmləndirilməsi işlərinə başladığını bəyan etmişdir

Azərbaycanın İtaliyadakı Səfirliyinin fikrincə, təcavüz və işğalçılıq siyasəti həyata keçirən Ermənistanın məsuliyyətsizlik nümayiş etdirərək müki hədəfləri vurması, beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalıdır. Münaqişəni həll etmək və regionda davamlı sülhə nail olmaq üçün, beynəlxalq ictimaiyyət, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı

qüvvələrini geri çağırmağı tələb etməlidir. Beynəlxalq ictimaiyyətin qəti mövqeyi Ermənistanı təcavüz siyasətindən imtina etməyə və Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı qüvvələrini geri çəkməyə vadar etmək prizmasından olduqca əhəmiyyətlidir

BMT-nin cavabı özünü gecikdirmədi. BMT Baş katibi Ban Ki Mun münaqişənin daha da qızışmasından bərk narahatlığını ifadə edərək, Ermənistan və Azərbaycanı atəşi dərhal dayandırmağa çağırmışdır.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramut tərəfləri atəşi dayandırmağa və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması istiqamətində danışıqlara yenidən başlamağa dəvət etmiş və "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın bütün silahlı qüvvələrini çıxarmaqla” bağlı müraciət etmişdir".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol