• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycan indiyədək 218 mln. ton mənfəət nefti satıb

Azərbaycan indiyədək 218 mln. ton mənfəət nefti satıb
25.04.2016 13:10
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" yataqlar blokunun 91 hasilat quyusundan gündə 90 min tondan çox neft və 36 mln. kubmetr qaz hasil olunur.

İşləmənin əvvəlindən yataqlar blokundan indiyədək ümumilikdə 393 mln. ton neft və 118 mlrd. kubmetr qaz hasil edilib. 

"Report" xəbər verir ki, bu barədə bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. 

X.Yusifzadə qeyd edib ki, 2016-cı il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 218 mln. ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin ilk üç ayı ərzində AÇG-dən hasil edilmiş 8 mln. ton neftin 5,3 mln.tonu, yəni 66%-i Azərbaycanın mənfəət neftinin payına düşüb".
 
SOCAR rəsmisi qeyd edib ki, mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il aprelin 1-dək 406,4 mln. ton neft daşınıb. Onun sözlərinə görə, bunun 299 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib: "Ötən müddətdə Bakı-Supsa kəməri ilə 76 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 11 mln. ton, dəmir yolu ilə 21 mln. ton neft ixrac edilib". 

X.Yusifzadə bildirib ki, BTC kəmərinin illik buraxılış gücü 50 mln. tondur və bunun gələcəkdə 60 mln. tona çatdırılması nəzərdə tutulur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol