Totti yeni müqavilə imzalayır
"Roma"nın kapitanı Françesko Tottinin gələcək karyerasına aydınlıq gəlib.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 39 yaşlı futbolçu "Roma"dan ayrılmayacaq.
Onun son matçlarda sərgilədiyi oyunu klub prezidenti Ceyms Pallottanın və baş məşqçi Lusiano Spalettinin futbolçu ilə bağlı fikirlərini dəyişdirib. Rəhbərlik əfsanəvi futbolçunun komandada qalmasına razılıq verib. Tottinin mayın 2-də klubla rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, "Roma"nın yetirməsi olan Tottinin mövsümün sonunda Amerikaya üz tutacağı iddia edilirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər