• $
  • £

"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib

"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
10.12.2025 23:38

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda "Ayaks"a məğlub olub.

Matç qonaqların 4:2 hesablı qələbəsi ilə bitib.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və "Ayaks" kollektivlərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.

Qarşılaşma bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb - Yenilənib
İdman 23:03
Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb - Yenilənib
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
İdman 22:30
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
İdman 23:54
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
İdman 22:08
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
"Qarabağ" Martin Zlomisliçi transfer edib
İdman 20:56
"Qarabağ" Martin Zlomisliçi transfer edib
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol