• $
  • £

“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq

“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
22.09.2026 09:19

 

“Formula-1” 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsini 305 kilometrdən 290 kilometrə endirəcək.

Yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil olunacaq. Qran-prilərin maksimum müddəti iki saat olaraq qalacaq, lakin fasilələr zamanı yarışın başa çatdırılması üçün tətbiq edilən üç saatlıq limit əvəzinə “qəti bitmə vaxtı” müəyyənləşdiriləcək.

Formula-1-in idarəedici qurumu FIA-nın bildirdiyinə görə, dəyişikliklərin məqsədi fasilələr zamanı tamaşaçıların yarışın mümkün qədər böyük hissəsini izləyə bilməsini təmin etməkdir.

“Qəti bitmə vaxtı” yarışın keçirildiyi şəraitdən asılı olaraq dəyişəcək. Gecə yarışlarının daha gec saatlara qədər davam etməsinə icazə veriləcək, gündüz yarışlarında isə günəşin daha tez batması səbəbindən müddət daha məhdud olacaq.

Yarış məsafəsinin azaldılması daxiliyanma mühərriki ilə elektrik mühərrikinin güc nisbətindəki dəyişikliklə əlaqələndirilir. Hazırda bu nisbət 53:47-dir. 2027-ci ildə nisbətin 58:42-yə, 2028-ci ildə isə 60:40-a dəyişdirilməsi nəzərdə tutulur.

Yeni nisbət bolidlərin daha çox yanacaq sərf etməsinə səbəb olacaq. Yanacaq çəni şassinin daxilində yerləşdiyindən onun ölçüsünün dəyişdirilməsi mümkün deyil. Bu səbəbdən bəzi komandaların mövcud yanacaq çənləri ilə Qran-priləri tamamlaya bilməyəcəyi ilə bağlı narahatlıq yaranıb.

Bundan başqa, F1 Komissiyasının iclasında sərbəst yürüş sessiyalarına dair qaydalarda da dəyişiklik razılaşdırılıb. Yeni qaydaya əsasən, məşq sessiyası insident səbəbindən dayandırıldıqda onun müddətinin uzadılması üçün daha çox çeviklik yaradılacaq.

Hazırkı qaydalara görə, sıralama və yarış sessiyalarından fərqli olaraq, sərbəst yürüş zamanı qırmızı bayraq qaldırıldıqda vaxtın hesablanması dayandırılmır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
İdman 18:09
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
İdman 09:13
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol