• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Taleh Ziyadov: Ələtdə nəqliyyat və logistika infrastrukturu qurulacaq

Taleh Ziyadov: Ələtdə nəqliyyat və logistika infrastrukturu qurulacaq
29.04.2016 16:40
Baş direktor ABŞ şirkətlərini Azad Ticarət Zonasına sərmayə qoymağa dəvət edib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 28-29 aprel 2016-cı il ABŞ-ın Vaşinqton şəhərində keçirilən "Trans Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı Forumda iştirak edib. 

Bu barədə Bakı Limanından Oxu.Az-a bildirilib ki, forum Azərbaycanın ABŞ-dakı səfirliyi, Gürcüstan səfirliyi, Qazaxıstan səfirliyi, Türkiyə səfirliyi və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Təhsil proqramı tərəfindən təşkil edilib. 

Forumun məqsədi Trans-Xəzər Ticarət və Tranzit Marşrutu boyunca mövcud layihələr və biznes imkanları barədə məlumatlılığı artırmaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının Çin və Avropa arasında starteji əhəmiyyətli mühüm dəhliz olduğunu vurğulamaq idi. 

"Dənizdən dənizə: inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturu” adlı paneldə çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli sərəncamı ilə təsis edilməsi planlaşdırılan azad ticarət zonası (ATZ) haqqında forum iştirakçılarına müfəssəl məlumat verib. 

Baş direktor ATZ-nin yaranması ilə Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulacağı, neft-kimya və farmasevtik klasterlərin yaradılacağı, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçiriləcəyini bildirib. 

T.Ziyadov ATZ-in yaradılmasını şərtləndirən xüsusi hüquqi rejiminin tətbiqi nəticəsində qısa müddətdə Yeni Bakı Limanına xarici investisiyanın cəlb olunacağını qeyd etdi.  

Ziyadov tədbirə dəvət buyurmuş ABŞ şirkətlərini fəaliyyətə başlayacaq Azad Ticarət Zonasına sərmayə qoymağa və daimi nümayindəliklərini açmağa dəvət etdi. 

Paneldə eyni zamanda Xəzər dənizi ilə Aralıq və Qara dənizləri birləşdirən inteqrasiya edilmiş regional transit və logistika infrastrukturunun perspektivlərindən söz açılıb və beynəlxalq bizneslərin regionun tranzit və logistika mərkəzi – "hub” kimi üstünlüyünün istifadə etmək imkanları vurğulanıb.

Qeyd edək ki, paneldə Bakı Limanı ilə yanaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Gürcüstan Dəmir Yolları SC, Qazaxıstanın KZT Express şirkəti, o cümlədən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri də çıxış ediblər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol