• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Simeone: "Çempionlar Liqasının qalibi olmaq istəyirik"

Simeone:
28.05.2020 23:32
"Dünyanın ən güclü komandasına qalib gəldik. "Bavariya" birinci hissədə möhtəşəm oynadı. Onların oyununu çox bəyəndim.  İlk hissədə hesabı bərabərləşdirə bilmədik, amma Yan Oblak penaltini dəf edərək bizi həvəsləndirdi".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçından (2:1) sonra deyib.

O, ikinci hissədə daha fərqli oyunun olduğunu bildirib: "Karraskonun meydana daxil olması oyunu dəyişdirdi. Daha çox əks hücumlar etməyə başladıq. Nəticədə finala yüksəldik. Dünyanın ən yaxşı 3 komandasından 2-ni bu turnirdə mübarizədən kənarlaşdırdıq".

Argentinalı mütəxəssis 2 il öncə ÇL-də final oynayan "Atletiko" ilə indiki arasında heyətdə çoxlu fərq olduğunu bildirib:

"O zaman heyətimizdə David Vilya, Dieqo Kosta, Sosa, Raul Qarsiya kimi futbolçular var idi. Bu gün Koke, Saul, Karrasko, Qrizmann kimi oyunçulara sahibik. Bundan əvvəl Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə səfər oyununa 3:1 hesablı üstünlüklə getmişdik. Bu mövsüm isə daha güclü rəqiblə oyunda az üstünlüklə finala adımızı yazdıq. Ümid edirəm ki, həlledici matçda da şans bizim tərəfimizdə olacaq. Finalda hansı komanda ilə qarşılaşacağımızın fərqi yoxdur. Çempionlar Liqasının kubokunu qazanmaq istəyirik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol