• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“ASAN Kommunal” mərkəzlərində hansı xidmətlər göstəriləcək?

“ASAN Kommunal” mərkəzlərində hansı xidmətlər göstəriləcək?
05.05.2016 14:11
"Vətəndaşlara "Azərişıq”, "Azərsu” və "Azəriqaz”a aid bütün xidmətlər "ASAN Kommunal” mərkəzlərində göstəriləcək”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
 
O bildirib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb: "ASAN Kommunal” mərkəzlərində xidmət "Azərişıq”, "Azərsu” və "Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində "ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi hazırda "ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin "ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal” mərkəzlərinin ayrı, "ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”.
 
Dövlət Agentliyinin sədri qeyd edib ki, "ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək: "Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”.
 
İ. Kərimov onu da qeyd edib ki, "ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır: "ASAN Kommunal” mərkəzlərində xidmət "ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. "ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”.
 
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda "ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən "ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol