• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

MEDEF İnternational-ın Bakıya səfəri

MEDEF İnternational-ın Bakıya səfəri
11.05.2016 13:17
10-13 may 2016-cı ildə MEDEF İnternational təşkilatı bank, tikinti, infrastruktur, telekommunikasiya, nəqliyyat, loqistika, şəhər xidmətləri, ətraf mühit, müdafiə, enerji, turizm, consulting, daşınmaz əmlak, kənd təsərrüfatı və qida sənayesi kimi 12 sahəni təmsil edən şirkətlərin, böyük Qrupların və KOM-ların rəhbərlərindən və nümayəndələrindən ibarət 40 nəfərlik heyətlə Bakıya səfər edəcək. 

MEDEF İnternational təşkilatının Fransa-Azərbaycan şirkət rəhbərləri şurasının prezidenti və Suez şirkətinin direkor müavini Xanım Mari-Anj Döbonun başçılıq edəcəyi nümayəndə heyətinin Bakıdakı 3 günlük səfəri Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi dövrdən etibarən bu şuranın aktiv fəaliyyətinin davamı olaraq həyata keçirilir. 

Sonuncu dəfə, MEDEF İnternational 2014-cü ilin may ayında Fransa Prezidentinin Azərbaycana səfəri zamanı otuz şirkət rəhbəri ilə Bakıya səfər etmişdir. MEDEF İnternational təşkilatının Frasnsanın özəl sektoru üçün Azərbaycana həyata keçirdiyi sayca 6-cı səfərinin proqramı Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi və sıx əməkdaşlığı vasitəsilə təşkil olunmuşdur. Bu səfər, şirkətlərə Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli məmurları və onları maraqlandıran əsas dövlət müəssisələrinin rəhbərləri, yerli böyük şirkətlər və ölkədə aktiv fəaliyyət göstərən beynəlxalq maliyyə institutları ilə görüşüb birbaşa müzakirələr aparmaq imkanı verəcəkdir. MEDEF international nümayəndə heyətinin şərəfinə həmçinin Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez tərəfinən qəbul təşkil ediləcəkdir. Bu, şirkətlərə səfər zamanı başladıqları müzakirələri davam etdirmək və yerli iş adamları ilə yeni əlaqələr qurmaq üçün yeni fürsətlər verəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol