• $
  • £

Teymur Rəcəbov: "Planlarım pozuldu" - MÜSAHİBƏ

Teymur Rəcəbov:
19.05.2016 21:08
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırıb.

- Uzun müddətdir heç bir yarışda iştirak etmirsiniz. Səbəbini bilmək olar?

- Bu müddətdə güclü heyətin təmsil olunduğu super turnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.

- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun ənənəvi xatirə turnirində iştirak edəcəksiniz. Hansı hədəflər uğrunda mübarizə aparacaqsınız?

- Mən həmişə turnirlərdə maksimum nəticə uğrunda mübarizə aparmağa çalışıram. Şəmkirdə də mümkün qədər yaxşı çıxış etməyə çalışacağam.

- Dünya çempionu Maqnus Karlsen bu dəfə Şəmkirdəki turnirdə olmayacaq. Sizcə, onun yoxluğu rəqabətə təsir edəcək?

- Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində sonuncu çıxışım zamanı Maqnus Karlsenlə görüşlərdən birində qələbə qazanmağa nail olmuşdum. Ona görə Karlsenin bu dəfə də Şəmkirdə mübarizə aparması daha yaxşı olardı. Karlsen bu turnirdə iştirakçılar sırasında olsaydı, sözsüz ki, o, favorit olacaqdı. Onun yoxluğunda isə digər şahmatçılar arasında qələbə uğrunda rəqabət artacaq.

- Hazırda hansı məşqçi ilə işləyirsiniz?

- Belə məlumatları mətbuata ötürməməyə üstünlük verirlər. Məşqçi heyəti məlum olanda, rəqiblər şahmatçıya qarşı necə hazırlaşmağı daha yaxşı bacarır.

- Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışın Azərbaycan paytaxında təşkili sizin üçün nə deməkdir?

- Biz - Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışın Bakıda keçiriləcəyindən fəxr edirik. Azərbaycan çoxlu sayda vacib yarışları təşkil edir. Layiqli olaraq, Azərbaycan dünyada mötəbər idman yarşlarını keçirən ən yaxşı təşkilatçı ölkə kimi tanınır. Şahmat Olimpiadasının Bakıda təşkili eyni zamanda biz şahmatçıların məsuliyyətini artırır. Mümkün qədər yaxşı çıxış edərək azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından Bakıdakı olimpiadada hansı nəticəni gözləmək olar?

- Əgər istədiyimiz mübarizəni göstərsək, milli komandamızdan ən yüksək nəticələri gözləmək olar. Unutmaq olmaz ki, Azərbaycan yığması ikiqat Avropa çempionudur.

- Şahmat Olimpiadası Azərbaycan idmanına nə verəcək?

- Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi və əlamətdar hadisədir. Bu, bütün dünyada, o cümlədən, ölkəmizdə şahmatın təbliğinə böyük təkan olacaq. Olimpiada dünya mətbuatında geniş işıqlandırılır. Olimpiada uşaqların şahmata cəlb olunmasına da kömək edəcək. İnkişaf üçün gənc nəslin şahmatla məşğul olması vacibdir. Şahmatla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olacaqlar.

- Azərbaycanda hazırda şahmatın vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan millisinin ikiqat Avropa çempionu olduğunu qeyd etdim. Millimiz müxtəlif illərdə qitə birinciliyinin gümüş və bürünc mükafatçısı olub. Azərbaycan şahmatçılarından mənimlə Şəhriyar Məmmədyarov iki dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmişik. Azərbaycan şahmatının potensialı yüksəkdir.

- Olimpiadada Azərbaycan 3 kişi, 3 qadın komandasıyla çıxış edəcək. Sizcə, gənc şahmatçılara olimpiadada iştirak necə təsir edəcək?

- Şübhəsiz ki, gənc şahmatçılarımız böyük təcrübə qazanacaqlar. Psixoloji mübarizədə böyük məktəb keçəcəklər. Bu, daha yüksək səviyyəyə qalxmaq üçün təkan olacaq. Ümid edirəm ki, Bakı Şahmat Olimpiadasından sonra kişi və qadın yığma komandalarımız güclü ehtiyat qüvvə əldə edəcək.

- 2016-cı ildə hansı yarışlarda iştirak edəcəksiniz?

- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turnirində iştirak edəcəyəm. Sonra Ümumdünya Şahmat Olimpiadası, ardınca komandalar arasında İspaniya çempionatında, Korsikada sürətli şahmat üzrə turnirdə mübarizə aparacağam. İlin sonunda isə Qətərdə təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında çıxış edəcəyəm. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Doktor Ziya:
İdman 15:51
Doktor Ziya: "Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm" - MÜSAHİBƏ
Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi
İdman 09:56
Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
İdman 17:19
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
​
İdman 22:00
​"Qalatasaray" klubu azərbaycanlı oyunçu transfer edib
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
İdman 15:57
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
Bakı
İdman 14:21
Bakı "Formula1"dən bir gün sonra - FOTO
“Renault”un direktoru: “Bakıdakı “Formula 1” yolları dardır” - AÇIQLAMA
İdman 22:47
“Renault”un direktoru: “Bakıdakı “Formula 1” yolları dardır” - AÇIQLAMA
Bəhram Bağırzadə:
İdman 13:06
Bəhram Bağırzadə: "Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır" - RƏY
Vəli Qasımov:
İdman 14:07
Vəli Qasımov: "İndi revanş götürmək, Kuboku "Neftçi"yə qaytarmağın vaxtıdır" - RƏY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol