• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Türkiyədə şagirdlərin ölümü ilə bağlı başsağlığı verib

Allahşükür Paşazadə Türkiyədə şagirdlərin ölümü ilə bağlı başsağlığı verib
16.04.2026 17:37

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyədə məktəblərdə baş verən silahlı hücumlarla bağlı başsağlığı verib.

Qafqaz Müsəlmanları İdarəsi-nin yaydığı məlumata görə, Paşazadə Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquş-a ünvanladığı məktubda Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkib.

O bildirib ki, hadisələr Azərbaycan xalqında dərin kədər doğurub və bu kimi halların bir daha təkrarlanmamasına ümid etdiyini ifadə edib. Paşazadə həlak olanların ailələrinə və Türkiyə xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.

Rəsmi məlumatlara görə, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə baş verən hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol