• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Rusiyada iki ilə bankların 1/4-i bağlanıb

Rusiyada iki ilə bankların 1/4-i bağlanıb
19.05.2016 20:27
Bank böhranı dövlətə 270 mlrd. dollara başa gəlib

Son iki il ərzində Rusiyada fəaliyyət göstərən kommersiya banklarının sayı 24% azalıb. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, fəaliyyətini dayandıran əsasən aktivlərinin həcminə görə ortaölçülü banklar olub. Məlumatı "Sberbank"ın baş analitiki Mixail Matovnikov açıqlayıb. O bildirib ki, 2014-cü ilin əvvəlindən 2016-cı ilin may ayına qədər bankların sayı 225 vahid və ya 24,4% azalaraq 697-ə enib.

M.Matovnikov həmçinin qeyd edib ki, problemlər böyük banklarda da var və bunun səbəbi 2015-ci ildən etibarən maliyyə bazarlarında oyun qaydalarının dəyişməsi ilə bağlıdır. Belə ki, bu il yanvarın 21-də Rusyanın əsas banklarından biri olan "Vneşprombank"ın lisenziyası ləğv olunub. O, bank sektorunda baş verənlərin iqtisadiyyata baha başa gəldiyini və bankların yenidən kapitallaşmasına 1 trln. rubl (150 mlrd. dollar), "Vneşprombank"ı da əlavə etsək 1,8 trln. rubl (270 mlrd. dollar) sərf edildiyini bildirib. Ümumilikdə isə 2014-2015-ci illərin bank böhranı iqtisadiyyatın 3,4% azalması dəyərinə başa gəlib.

"Sberbank" və "Moody's" beynəlxalq reytinq agentliyi 2016-cı ildə Rusiyada hər 10 bankdan birinin lisenziyasını itirəcəyini proqnozlaşdırır. Rusiya Bankından (Mərkəzi Bank) bildirilib ki, bank sektorunun təmizlənməsi tədbirləri 2017-ci ildə sona çatacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol