• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

"Millimiz çempionatın ən ağır qrupuna düşüb"

28.05.2020 22:47
 "Ağır qrupa düşmüşük.

 İspaniya dünya reytinqində birinci, İran isə üçüncüdür. Püşkamanın nəticəsi bir az fərqli ola bilərdi. Çətin olacaq, amma hazırlaşmaq lazımdır". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının final mərhələsinin püşkatma nəticəsini dəyərləndirərkən deyib.
Z.Axundov Azərbaycan millisinin çempionatın ən ağır qrupunda yer aldığını bildirib: "Qrupdan çıxmaq olar. Hansı oyunun ağır və ya yüngül olacağı haqda fikirləşmirik. Bütün komandalarla yüksək səviyyədə oyun oynayacağıq. Dünya çempionatında zəif komanda olmur".

Federasiya rəhbəri milli komandaya gələn həftə baş məşqçi təyin olunacağını və bundan sonra hazırlığın başlayacağını söyləyib: "Gələn həftə bu məsələ bitəcək. Məşqçi çoxdur, ancaq səhv addım ata bilmərik. Bu gün bizim milliyə rəhbərlik etmək istəyən mütəxəssislər çoxdur. Üç həftədən çoxdur ki, bu məsələ üçün çalışırıq. Əsa namizədimiz Braziliya və İspaniyadan olan iki mütəxəssisdir. Artıq çempionat başa çatdı və kubokun finalından sonra komandalar istirahətə yollanır. İyunun 15-indən sonra yüngül məşqlərə başlayacağıq. Buna qədər də baş məşqçi və köməkçiləri müəyyənləşəcək. Bundan sonra plan üzrə sparrinq görüşlər keçirməliyik. Bakıdan əlavə xarici ölkədə də toplanış planlaşdırırıq. Düşünürəm ki, iyulun sonunda bir həftəlik toplanış olacaq. Orada 2-3 yoldaşlıq görüşü keçirməyi nəzərdə tuturuq. Bu yarışa çox ciddi hazırlaşmalıyıq. Federasiyada da hamı işini atıb, yalnız komandanın hazırlığına köklənib. Komandada yeni futbolçunun olub-olmaması yeni gələcək baş məşqçidən bağlıdır. Amma düşünürəm ki, dəyişikliklər olacaq. Sentyabrın əvvəlində isə Kolumbiyaya yola düşəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Kolumbiyada keçiriləcək dünya çempionatında F qrupunda mübarizə aparacaq. Millinin rəqibləri İran, İspaniya və Mərakeş yığmalarıdır. Çempionatın final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində - Medelyinlə yanaşı, Kali və Bukaramanqada olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol