• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Musiqili Teatrın balet artisti Beynəlxalq müsabiqədə 3-cü oldu - Fotolar

Musiqili Teatrın balet artisti Beynəlxalq müsabiqədə 3-cü oldu - Fotolar
26.05.2016 20:08
Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Beynəlxalq müsabiqədə uğurla çıxış edib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Bakı Xareoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ Xalq artisti Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak ediblər. Müsabiqənin münsiflər heyətində Azərbaycan Respublikasının Xalq artisti Rəfiqə Axundova, Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakayev, Azərbaycan Respublikasının Xalq artisti Afaq Məlikova, Litva Respublikasının Əməkdar artisti Petras Skirmantas və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunublar. Azərbaycan Dövlət Musiqili Teatrının Balet truppasının gənc üzvü Cəlalə Novruzlu uğurla çıxış edərək Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də ücüncü yeri qazanıb.
 
 
Qeyd edək ki, Cəlalə Sultan qızı Novruzlu 25yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının "Klassik balet” şöbəsini bitirib. 1 sentyabr 2010-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti işləyir. Teatrda işlədiyi müddət ərzində "Bankir adaxlı”, "Ər və arvad”, "Arşın mal alan”,”Şeytanın yubileyi”, "Amerikalı kürəkən”, "Xanuma”, "Qırmızı papaq”, "Yağış göbələyinin macərası”, "Düyməcik”, "Qısqanc ürəklər”,”Evlənmə”, "Mən dəyərəm min cavana”, "Talelər qovuşanda”, "Skapenin kələkləri”, "Kimdir müqəssir”, "Hərənin öz ulduzu”, "10 min dollarlıq keyf”,”Qızıl toy”, "Baladadaşın toy hamamı”, "Qafqazlı qardaşqızı”, "Dəcəl çəpişlər”, "Qızıl cücə” və başqa tamaşalarda iştirak edib.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol